"Sumqayıt"dan "Neftçi"yə ikinci transfer

Sayta qoyulub: 11:29 12.06.2018 (274 dəfə oxunub)

"Sumqayıt"dan "Neftçi"yə ikinci transfer
 

“Neftçi” daha bir futbolçu ilə müqavilə imzalayıb. Paytaxt təmsilçisi Rəşad Eyubovu heyətinə cəlb edib. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. O, 4 nömrəli fomra geyinəcək. Rəşad Eyubov ötən mövsümü "Sumqayıt”ın heyətində keçirib. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib. Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.

 
 

XƏBƏR LENTİ