"Keşlə"nin hazırlıq planı müəyyənləşdi

Sayta qoyulub: 08:59 12.06.2018 (160 dəfə oxunub)

"Keşlə"nin hazırlıq planı müəyyənləşdi
 

"Keşlə"nin Avropa Liqasına hazırlıq planı bəlli olub. Paytaxt təsmilçisi iyunun 20-də Bakıda bir araya gələcək .  İki gün ərzində komanda üzvləri tibbi müayinədən keçiriləcək.  Təlim-məşq toplanışı Türkiyənin Bolu bölgəsində reallaşacaq.  Paytaxt klubunun iyunun 23-dən iyulun 6-dək Türkiyədə qalması nəzərdə tutulub.  

Yuri Maksimovun rəhbərlik etdiyi komanda Türkiyə toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.  

Qeyd edək ki, "Keşlə" Avropa Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.  

XƏBƏR LENTİ