Daha bir futbolçu "Neftçi"dən ayrıldı

Sayta qoyulub: 08:57 12.06.2018 (279 dəfə oxunub)

Daha bir futbolçu "Neftçi"dən ayrıldı
 

Paytaxtın "Neftçi" klubundan ayrılan daha bir futbolçunun adı dəqiqləşib. Ölkəmizi Avropa Liqasında təmsil edəcək klub aparıcı futbolçularından biri ilə vidalaşıb.  

Söhbət paraqvaylı Derlis Meza Kollidən gedir. 29 yaşlı futbolçunun başa çatan müqaviləsinin müddətinin uzadılmamasına qərar verilib.  Artıq onun ötən mövsüm geyindiyi 10 nömrəli futbolka braziliyalı futbolçu Dario Frederikoya həvalə edilib.  

Qeyd edək ki, Derlis Meza Kolli "Neftçi"dən öncə ölkəmizdə "İnter" (indiki "Keşlə") və "Qəbələ" kimi komandalarda forma geyinib.  

XƏBƏR LENTİ