Renat Dadaşovun yeni klubu bəlli oldu

Sayta qoyulub: 07:36 12.06.2018 (167 dəfə oxunub)

Renat Dadaşovun yeni klubu bəlli oldu

 

Milli komandamızın və Almaniyanın "Ayntraxt" klubunun hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

19 yaşlı forvard karyerasını Portuqaliyada davam etdirəcək. Dadaşov ikinci liqa təmsilçisi "Eştoril"lə müqavilə imzalayıb. Lakin sözləşmənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Dadaşov ötən il "Ayntraxt" klubu ilə peşəkar müqavilə imzalasa da, əsas komandada şans qazana bilməmişdi. Mövsümün gedişində komanda yoldaşını və məşqçisini döyən Renat komandadan qovulmuşdu.

XƏBƏR LENTİ