S.Fettel: “Hər şey qüsursuz idi”

Sayta qoyulub: 07:16 12.06.2018 (132 dəfə oxunub)

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Kanadada qüsursuz gün keçiriblər.

F-1.az xatırladır ki, almaniyalı sürücü pouldan başladığı yarışda qüsursuz performans göstərərək, bu mövsüm 3-cü qələbəsini qazanıb və Bakı yarışında itirdiyi liderliyi yenidən özünə qaytarıb.

Sebastyan Fettel: “Qüsursuz sözü ən yaxşı söz olar. Dünən bu trasın Ferrari üçün çox vacib olduğunu demişdim. Karyeramdakı 50-ci yarışı qazandım. Ferrari də uzun illərdən sonra burada qalib gəldik. İnsanlar çox xoşbəxt idi. Onları görə bilirdim. Bizə çox yaxşı dəstək oldular. Çox xoşbəxtəm. Təbii ki, qarşıda 14 yarış var və liderliyə fikir vermirəm. Ancaq gözəl qələbə idi. Bu gün Jak da atasının Ferrari-sini sürdü. Bu gün Ferrari ailəsi üçün xüsusi gün idi. Qazandığım üçün xoşbəxtəm”.

XƏBƏR LENTİ