Braziliyalı futbolçu rəsmən "Neftçi"də!

Sayta qoyulub: 19:58 11.06.2018 (369 dəfə oxunub)

Braziliyalı futbolçu rəsmən "Neftçi"də!

“Neftçi” PFK daha bir transferini rəsmiləşdirib. Klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Dario Federiko ilə 1 illik müqavilə imzalayıb. 27 yaşlı braziliyalı hücumçu “ağ-qaralar”ın heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dario Federiko ötən mövsüm Gəncənin "Kəpəz” klubunun heyətində 13 oyunda meydana çıxıb və 4 qolun müəllifi olub.

XƏBƏR LENTİ