"Qəbələ" 5 futbolçu ilə müqavilə yeniləyir

Sayta qoyulub: 19:51 11.06.2018 (231 dəfə oxunub)

 

"Qəbələ" 5 futbolçu ilə müqavilə yeniləyir

"Qəbələ" daha 5 futbolçusu ilə müqavilə müddətini uzadacaq. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin verdiyi məlumata görə, “qırmızı-qaralar” Cavid Hüseynov, Asif Məmmədov, Ürfan Abbasov, Rasim Ramaldanov və Aqil Məmmədovla yeni sözləşmə ilə bağlı razılığa gəliblər. Həmin oyunçularla yaxın günlərdə 1 illik rəsmi müqavilə imzalanacaq.

 

Klub rəsmisi Baqali Dabo ilə isə yeni anlaşma üçün danışıqların davam etdiyini bildirib.

Qeyd edək ki, "Qəbələ" daha öncə Dmitri Bezotosnı ilə də müqaviləni uzadıb.

 

XƏBƏR LENTİ