Elvin Məmmədovun yeni klubu müəyyənləşdi

Sayta qoyulub: 14:59 11.06.2018 (229 dəfə oxunub)

Elvin Məmmədovun yeni klubu müəyyənləşdi

“Sumqayıt” Əfran İsmayılovun ardından daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib. Klubun saytının məlumatına görə, Elvin Məmmədov “gənclik şəhəri” təmsilçisi ilə gözlənilən sözləşməyə qol çəkib. Belə ki, ötən mövsümü “Qəbələ”də keçirən yarımmüdafiəçi anlaşmaya əsasən, qarşıdakı mövsümdə “Sumqayıt”ın formasını geyinəcək. Qeyd edək ki, Elvin Məmmədov “Qəbələ” (11 oyun, 2 qol) ilə yanaşı, karyerası ərzində “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun 5 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Məmmədov yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb. 

XƏBƏR LENTİ