"Neftçi"nin hazırlıq planı müəyyənləşdi

Sayta qoyulub: 14:51 11.06.2018 (204 dəfə oxunub)

"Neftçi"nin hazırlıq planı müəyyənləşdi
 

"Neftçi”nin 2018/2019 mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib. İstirahətdə olan komanda iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq. Bu gündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb. "Neftçi” iyunun 22-nə qədər paytaxtda məşqləri davam etdirəcək. Daha sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində Roberto Bordinin yetirmələri 4 yoxlama görüşü keçirdəcək. Rəqiblərin kimliyi haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək.

XƏBƏR LENTİ