Əfran İsmayılovun yeni klubu müəyyənləşdi

Sayta qoyulub: 13:43 11.06.2018 (287 dəfə oxunub)

 

Əfran İsmayılovun yeni klubu müəyyənləşdi
“Qarabağ”dan ayrılan Əfran İsmayılovun karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib. Təcrübəli yarımmüdafiəçi “Sumqayıt”la razılığa gəlib. Xəbəri futbolçu özü də təsdiqləyib. O bildirib ki, yaxın günlərdə “Sumqayıt”la rəsmi müqavilə imzalayacaq.
 

Qeyd edək ki Ə. İsmayılov karyerası ərzində “Qarabağ”dan başqa, müxtəlif illərdə “Turan-Tovuz”, “Bakı”, “Xəzər Lənkəran” və “İnter” klublarının formasını geyinib.

 

XƏBƏR LENTİ