“Keşlə”nin hazırlıq planı müəyyənləşdi

Sayta qoyulub: 13:10 11.06.2018 (147 dəfə oxunub)

 

“Keşlə”nin hazırlıq planı müəyyənləşdi
Növbəti mövsümdə ölkəmizi Avroliqada təmsil edəcək “Keşlə”nin hazırlıq planı müəyyənləşib. Klubdan verilən məlumata görə, komanda iyunun 20-də Bakıda bir araya gələcək. Paytaxtdakı qısa hazırlıqdan sonra Bakı klubu təlim-məşq toplanışının əsas mərhələsi üçün Türkiyəyə yollanacaq.
 
 
İyunun 23-dən iyulun 6-na qədər qardaş ölkədə hazırlıq keçəcək “Keşlə”nin 3 və ya 4 yoxlama oyununda qüvvəsini sınayacağı bildirilib. Qarşılaşmaların vaxtı və rəqiblərin kimliyi hələlik bilinmir.

 

XƏBƏR LENTİ