Prezident İlham Əliyev dünya çempionatının açılışında iştirak edəcək

Sayta qoyulub: 11:49 11.06.2018 (246 dəfə oxunub)

 

Prezident İlham Əliyev dünya çempionatının açılışında iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev DÇ-2018-in açılış mərasimində iştirak edəcək.

Bu haqda Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan Prezidenti Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Bundan başqa, açılışa Rusiya prezidenti Vladimir Putin və Ermənistanın yeni baş naziri Nikol Paşinyan da qatılacaq.

 

Xatırladaq ki, açılış mərasimi  iyunun 14-də Rusiyanın “Lujniki” stadionunda təşkil ediləcək. Açılışdan sonra çempionatın ilk görüşü – Rusiya – Səudiyyə Ərəbistanı matçı keçiriləcək.

 

XƏBƏR LENTİ