“Qəbələ” Budapeştdə 6-cı oldu

Sayta qoyulub: 11:48 11.06.2018 (210 dəfə oxunub)

Macarıstanın paytaxtı Budapeştdə 15 yaşadək futbolçular arasında Qallini Dünya Kubokuna yekun vurulub. 

"Qəbələ”nin U-15 komandası turnirin son günündə iki matç keçirib. 5 - 8-ci yerlər uğrunda mübarizədə ilk rəqib İtaliya təmsilçisi "Kavolano” olub. "Qırmızı-qaralar” bu görüşdə böyükhesablı qələbə qazanıb – 6:0. Mehrac Baxşəliyev və Kamal Kazımovun dubl etdiyi qarşılaşmada Gülağa Əsədovla Ümüd Həmzəyev hərəyə 1 qol vurub. "Qəbələ” 5-ci yer uğrunda matçda Macarıstanın "Uypeşt” klubu ilə görüşüb. 0:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adına isə İtaliya "Udineze”si yiyələnib.

XƏBƏR LENTİ