► "Sumqayıt"ın yeni oyunçusu

Sayta qoyulub: 11:13 11.06.2018 (216 dəfə oxunub)

Xəbər verdiyimiz kimi, "Sumqayıt" İsrailin yüksək liqasında çıxış edən "Hapoel Raanana" klubunun yarımmüdafiəçisi Əli Babayevi heyətinə qatıb. 27 yaşlı futbolçu son mövsümdə 15 oyunda (818 dəqiqə) meydanda olub. Babayev "Hapoel Raanana" klubunun yetirməsidir. Əli 2010-12-ci illərdə icarə əsasında "Hapoel Marmarok"da çıxış edib.

Əlinin bir çox üstünlükləri var. Hətta deyərdik ki, Azərbaycana bu cür dayaq yarımmüdafiəçisi gəlməyib. Əla top almaq və mövqe seçmək bacarığı var. Üstəlik, hücumların qurulmasında fəal iştirak edir, hətta qol vurmağı da bacarır. Bir sözlə, "Sumqayıt" üçün uğurlu transfer adlandırmaq olar.

 

XƏBƏR LENTİ