İnter Nainqolanı 29 milyona transfer etdi

Sayta qoyulub: 07:54 11.06.2018 (330 dəfə oxunub)

Romanın yarımmüdafiəçisi Radja Nainqolan İnterə keçməyə yaxındır. Onun yeni komandasında məvacibi ildə 4,5 milyon avro olacaq.

 

30 yaşlı belçikalının transferinə görə İnter 29 milyon avro ödəyəcək.

 

Bundan başqa milanlılar Romaya İtaliya gənclər komandasının üzvü Nikolo Dzanyolonu göndərəcəklər. Son mövsüm 18 yaşlı futbolçu 14 qol və 10 ötürmə ilə İnterin gənclər komandasında çempion olub.

 

Transferlə bağlı rəsmi məlumat ayın sonunda veriləcək.

 

Xatırladaq ki, İnterin baş məşqçisi Luçano Spaletti Nainqolanı Romadakı müddətdən yaxşı tanıyır.

XƏBƏR LENTİ