DÇ-2026-ya namizəd ölkələr təsdiqləndi

Sayta qoyulub: 20:30 10.06.2018 (291 dəfə oxunub)

 

DÇ-2026-ya namizəd ölkələr təsdiqləndi

FİFA 2026-cı il dünya çempionatını keçirmək üçün 2 ərizəni təsdiqləyib. Qərar Moskvada keçirilən FİFA Şurasının iclasında verilib. ABŞ-Meksika-Kanada üçlüyünün birgə və Mərakeşin fərdi namizədliyi qeydə alınıb.

 

Qurumun prezidenti Canni İnfantino bildirib ki, namizədliyin irəli sürülməsi prosesində pozutu qeydə alınmayıb. DÇ-2026 uğrunda mübarizənin qalibi iyunun 13-də Moskvadakı Konqresdə açıqlanacaq.

Qeyd edək ki, DÇ-2026-nın final mərhələsində ilk dəfə 48 ölkə iştirak edəcək. 

 

XƏBƏR LENTİ