"Qarabağ"ın almaq istədiyi futbolçu dubl etdi

Sayta qoyulub: 17:43 10.06.2018 (247 dəfə oxunub)

 

"Qarabağ"ın almaq istədiyi futbolçu dubl etdi

Cənubi Afrika milli komandaları arasında keçirilən Kosafa kuboku (Cənubi Afrika Futbol Assosiasiyaları Şurası kuboku) uğrunda yarışa yekun vurulub. Həlledici görüşdə Zambiya ilə Zimbabve komandaları qarşılaşıb.

 

Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda Zimbabve iki qol vuraraq kuboka sahib çıxıb – 4:2.

Qeyd edək ki, qələbə qollarını adı “Qarabağ”ın transfer siyahısında olan Xama Billiat (101 və 117-ci dəqiqələrdə) vurub. 

 

XƏBƏR LENTİ