Fransa millisinin üzvünün "Liverpul"a keçidi baş tutmadı

Sayta qoyulub: 17:38 10.06.2018 (212 dəfə oxunub)

Fransa millisinin üzvünün "Liverpul"a keçidi baş tutmadı
 

"Lion" Nabil Fekirin "Liverpul"a transfer olacağı xəbərləri haqda bəyanat yayıb. Fransa klubu "qırmızılar"ın anlaşdığı iddia olunan hücumçunun klubdan ayrılmayacağını açıqladı. "Lion" transfer görüşmələrində razılıq əldə olunmadığını və danışıqların yekunlaşdığı haqda məlumat yayıb. Qeyd edək ki, "Liverpul"un Fransa millisinin hücumçusu üçün "Lion"la 65 milyon avro qarşılığında razılığa gəldiyi haqda məlumatlar yayılmışdı. 24 yaşlı futbolçu başa çatan mövsümdə 40 oyuna 23 qol vurub, 8 assist edib.

XƏBƏR LENTİ