Latviya millisinin baş məşqçisi: "Məğlubiyyətdə bütün komanda günahkardır"

Sayta qoyulub: 11:33 10.06.2018 (206 dəfə oxunub)

 

Latviya millisinin baş məşqçisi: "Məğlubiyyətdə bütün komanda günahkardır"

“Oyunun nəticəsindən məmnun deyiləm. Estoniya və Litva ilə əvvəlki matçlarda daha yaxşı oynamışdıq. Ümid edirdim ki, Azərbaycana qarşı da belə olacaq, amma alınmadı. Əvvəlki səviyyəmizdən çox uzaq idik. Heç bir şey planladığımız kimi olmadı".

Bu sözləri Latviya millisinin baş məşqçisi Miksu Patelaynen yığmamıza 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.

 

O, məğlubiyyətdə bütün komandanın günahkar olduğunu bildirib: "Oyunçular və məşqçilər tələb olunan səviyyədə çalışmadılar. Psixoloji cəhətdən zəifliyi qəbul edə bilmərik. Hər kəs güzgüyə baxmalı və soruşmalıdır: "Biz nə dərəcədə hazırıq?" Keçirdiyimiz 3 oyunun nəticələrinə əsasən, Fiziki və psixoloji cəhətdən zəif hazırlığımız Avropa çempionatının seçmə tsikli öncəsi bizə təhlükə yaradır. Lakin bunlar adi sözlər yox, düşünmək üçün əsasdır. Bunu hamı etməlidir ki, belə hal təkrarlanmasın".

M.Patelaynen deyib ki, Azərbaycanı Litva və Estoniya ilə müqayisə etmək çətindir: "Biz Azərbaycan yığmasını təhlil etmişdik. Oyunçularımız bu komandanın təhlükəli, yaxşı oyunçulara malik və yaxşı çıxış etməyə qadir olduğunu bilirdilər. Bu gün biz hətta ilk oyunumuzdakı səviyyəyə də yaxın deyildik. Ona görə də rəqiblərimizdən hansının indiyədək daha yüksək səviyyədə olduğunu demək çətindir. Azərbaycana qarşı oynamağa, düşüncə olaraq, hazır deyildik". 

 

XƏBƏR LENTİ