"Səbail" yay hazırlığını Bolqarıstanda keçirəcək

Sayta qoyulub: 11:26 10.06.2018 (141 dəfə oxunub)

"Səbail" yay hazırlığını Bolqarıstanda keçirəcək
 

Premyer Liqa təmsilçisi "Səbail"in növbəti mövsüm üçün hazırlıq planı bəlli olub. Komanda iki hissədən ibarət hazırlıq keçəcək.  Hazırlığın ilk hissəsi Bakıda, ikinci hissəsi isə Bolqarıstanda baş tutacaq. Belə ki, paytaxt təmsilçisi iyunun 20-də Bakıda bir araya gələcək və iki həftə hazırlıq keçəcək. Hazırlığın ilk mərhələsi fiziki hazırlığa həsr olunacaq. Komandanın toplanışın ikinci hissəsi böyük ehtimalla, Bolqarıstanda reallaşacaq. Bayıl təmsilçisi ölkə xaricindəki toplanışı çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır.  

XƏBƏR LENTİ