Qurban Qurbanov: "Futbolçularımdan razı qaldım"

Sayta qoyulub: 11:24 10.06.2018 (237 dəfə oxunub)

Qurban Qurbanov: "Futbolçularımdan razı qaldım"
 

“Son 10 gün ərzində keçirdiyimiz üçüncü yoldaşlıq oyunu idi. Qazaxıstanla qarşılaşmadakı məğlubiyyətdən sonra komandamızın oyuna hazır olmasına çalışdıq. Futbolçularımız bunu bacardılar". Bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis Latviya yığmasına qalib gəldikləri yoxlama oyunu haqda danışıb. Çalışdırıcı komandasının oyunundan razı qaldığını bildirib: "Hərəkətli bir rəqibə qarşı oynadıq. Komandanın çıxışından razı qaldım. Futbolçular xarakter namyiş etdirdilər, qalib gəldik. Həmkarıma və komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıram". Qurban Qurbanov millinin Millətlər Liqası üçün optimal heyətini qismən müəyyənləşdirdiyini vurğulayıb: "Start heyətini müəyyənləşdirmişik. Arxada qalan oyunlarda biz hələ ki, start heyəti ilə mübarizə aparmamışıq. Rəsmi oyunlara qədər təbii ki, futbolçuların performansından da çox şey asılı olacaq. Optimal heyəti Millətlər Liqasının ilk oyununda görəcəksiniz. Ancaq rəqiblərə uyğun olaraq heyətdə müəyyən dəyişikliklər də ediləcək. Yoldaşlıq oyunlarında futbolçuların potensialına yaxından bələd oldum və onlarda yaxşılığa doğru dəyişikliklər gördüm”.

XƏBƏR LENTİ