"Parma" xəbəri yalan çıxdı, Şehiç Türkiyədə oynayacaq

Sayta qoyulub: 16:51 09.06.2018 (350 dəfə oxunub)

 

"Parma" xəbəri yalan çıxdı, Şehiç Türkiyədə oynayacaq
“Qarabağ”dan ayrılan İbrahim Şehiç karyerasını Türkiyədə davam etdirə bilər. Bosniyalı qolkiper Superliqa təmsilçisi ilə anlaşıb.
 

Bu, yeni mövsümdən yüksək liqada çıxış edəcək  “Ərzurumspor”dur. Şehiçin yaxın günlərdə Ərzuruma gedərək müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Bosniya və Hersoqovina millisinin üzvü “Qarabağ”dan əvvəl – 2011-2013-cü illərdə Türkiyənin “Mersin İdmanyurdu” klubunda çıxış edib.

 

XƏBƏR LENTİ