"Sabah"dan növbəti transfer

Sayta qoyulub: 13:48 09.06.2018 (203 dəfə oxunub)

"Sabah"dan növbəti transfer
 

Son olaraq I Divizionda "Xəzər"də çıxış edən Tural Qürbətovun yeni klubu bəlli olub. 25 yaşlı hücumçu karyerasını Premyer Liqada davam etdirəcək. Qürbətov debütant "Sabah"la 2 illik müqavilə imzalayıb. Qeyd edək ki, Tural "Bakı"nın yetirməsidir. O, ötən mövsüm "Xəzər"ə qış fasiləsində Türkiyənin "Atakum Bələdiyyəspor" klubundan keçmişdi və 11 qolla komandanın məhsuldar oyunçusu olmuşdu.  "Sabah" daha öncə Tərzin Cahangirov, Kərim Diniyev, Məqsəd İsayev, Novruz Məmmədov, Vadim Abdullayev, Bəxtiyar Soltanov və Albaniyanın "Teuta" klubundan qanalı forvard Amadu Latifi ilə Buxasret "Dinamo"sundan ayrılan xorvatiyalı yarımmüdafiəçi Antun Paniçi sıralarına qatıb.

 

XƏBƏR LENTİ