"Qəbələ" Albaniya klubunün hücumçusunu transfer etmək istəyir

Sayta qoyulub: 13:46 09.06.2018 (426 dəfə oxunub)

"Qəbələ" Albaniya klubunün hücumçusunu transfer etmək istəyir
 

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" klubu transfer çalışmalarını davam etdirir. Qırmızı-qaralar" Albaniyanın "Skenderbeu" klubunda forma geyinən Xames Adeniyiyə təklif göndərib. Əyalət təmsilçisinin rəsmiləri 25 yaşlı hücumçuya görə "Skenderbeu"ya 120 min dollar ödəməyə hazır olduğunu bildirib.  Ancaq "Skenderbeu" "Qəbələ"yə hər-hansı cavab verməyib.  Belə ki, danışılmış oyunlara görə UEFA tərəfindən avrokuboklardan uzaqlaşdırılan klub İdman Arbitraj Məhkəməsinin (CAS) qərarını gözləyir. Əgər CAS avrokuboklarda iştiraka icazə versə, klub heç bir futbolçusunu satmayacaq.  Qeyd edək ki, nigeriyalı Adeniyi "Skenderbeu"ya 2016-cı ildə Albaniyanın "Laçi" klubundan transfer olunub.   

XƏBƏR LENTİ