"Sumqayıt" İsraildən futbolçu transfer etdi

Sayta qoyulub: 12:16 09.06.2018 (244 dəfə oxunub)

"Sumqayıt" İsraildən futbolçu transfer etdi
 

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu heyətini yeni futbolçu ilə gücləndirib. "Gənclik şəhəri" təmsilçisi İsrailin "Hapoel Ra`anana" klubunda çıxış edən Azərbaycan əsilli Əli Babayevlə anlaşma əldə edib.  27 yaşlı hücumçu ilə yaxın günlərdə 1 illik müqavilə imzalanacaq. Babayev Şəhriyar Əliyev, Əfran İsmayılov və Elvin Məmmədovdan sonra "Sumqayıt"ın 4-cü transferi olacaq.  Qeyd edək ki, Əli Babayev 2010-cu ildən "Hapoel Ra`anana"da çıxış edir. Forvard 2010-12-ci illərdə icarə əsasında "Hapoel Marmarok"da çıxış edib.  

XƏBƏR LENTİ