Taliska da Çinə getdi

Sayta qoyulub: 11:48 09.06.2018 (275 dəfə oxunub)

Taliska da Çinə getdi

Son iki mövsümü icarə əsasında "Beşiktaş"da keçirən, müqavilə ilə "Benfika"ya məxsus olan Anderson Taliskanın yeni klubu bəlli olub. Oyunçunun İngiltərə Premyer Liqasına gedəcəyi gözlənilsə də, braziliyalı yarımmüdafiəçi fərqli qərar verib. O, Çinin "Quançjao Everqrand" klubuna keçib. 24 yaşlı futbolçu Super Liqa klubunda 6 aylıq icarə əsasında çıxış edəcək. Müqavilənin digər detallar açıqlanmayıb.

Qeyd edək ki, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Taliskanın Premyer Liqa klublarında biri ilə anlaşdığını demişdi.

XƏBƏR LENTİ