Löv İlkayın tərəfini saxladı

Sayta qoyulub: 09:55 09.06.2018 (226 dəfə oxunub)

Almaniya millisinin baş məşqçisi Yoaxim Löv azarkeşlərin İlkay Gündoğanı Səudiyyə Ərəbistanı ilə qarşılaşma zamanı fitə basmalarından narazı qalıb (2:1). Xatırladaq ki, may ayında İlkayla Məsut Özil Türkiyə prezidenti Ərdoğanla görüşmüşdü. Bu da Almaniya Futbol İttifaqının prezidenti Reynxard Qrindelin xoşuna gəlməmişdi.


«Gündoğan — millinin üzvüdür. Azarkeşlərin onu fitə basması heç kimə xeyir verməz. O , yaxşı oyun keçirdi», — deyə Löv ARD-yə müsahibəsində bildirib.


 

XƏBƏR LENTİ