► "Neftçi"nin yeni baş məşqçisinin azarkeşlərə müraciəti

Sayta qoyulub: 13:48 08.06.2018 (378 dəfə oxunub)

“Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin azarkeşlərə müraciət edib. 53 yaşlı italiyalı mütəxəssis fanatlara səslənib: "Salam, əziz "Neftçi" azarkeşləri! Mən komandanın yeni baş məşqçisi Roberto Bordinəm. Əminəm ki, sizin dəstəyinizlə böyük uğurlara imza atacağıq. Forza Neftçi!"

Qeyd edək ki, bu gün saat 16:00-da Bakı Olimpiya Stadionunda Roberto Bordinlə klub rəhbərliyi arasında rəsmi müqavilənin imzalanma mərasimi və bununla bağlı mətbuat konfransı keçiriləcək.

  

XƏBƏR LENTİ