"Sabah" xorvatiyalı futbolçu ilə müqavilə bağladı

Sayta qoyulub: 13:34 08.06.2018 (244 dəfə oxunub)

"Sabah" xorvatiyalı futbolçu ilə müqavilə bağladı
 

Premyer Liqanın debütantı "Sabah"növbəti keçidini reallaşdırıb. Paytaxt klubu son dəfə Buxarest "Dinamo"sunda çıxış edən xorvatiyalı yarımmüdafiəçi Antun Paniçlə anlaşıb. 29 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanacaq. "Sabah" daha öncə Tərzin Cahangirov, Kərim Diniyev, Məqsəd İsayev, Novruz Məmmədov, Vadim Abdullayev, Bəxtiyar Soltanov və Albaniyanın "Teuta" klubundan qanalı forvard Amadu Latifi sıralarına qatıb.

XƏBƏR LENTİ