Şəhriyar Məmmədyarov 7-ci oldu

Sayta qoyulub: 10:10 08.06.2018 (138 dəfə oxunub)

Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess” superturniri başa çatıb.


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3.5 xalla turnirdə 7-ci yeri tutub. Son turda istirahət edən şahmatçımız əvvəlki 8 görüşdə 7 heç-heçə edib və Ermənistan təmsilçisi Levon Aronyana uduzub.


Qeyd edək ki, birinci yerə İddiaçılar Turnirinin qalibi Fabiano Karuana (5 xal) çıxıb.  Maqnus Karlsen, Hikaru Nakamura və Vişvanatan Anand hərəyə 4,5 xalla 2 - 4-cü yerləri bölüşüb.

 

 

Şəhriyar Məmmədyarov 7-ci oldu

 

 

 

qol.az

XƏBƏR LENTİ