“Neftçi”nin yeni baş məşqçisi Bakıya gəldi

Sayta qoyulub: 07:53 08.06.2018 (177 dəfə oxunub)

“Neftçi”nin sosial şəbəkə hesabında maraqlı video yayımlanıb.  “O, gəldi” sözləri ilə təqdim olunan videoda söhbətin kimdən getdiyi açıqlanmır.


Amma bunun “ağ-qaralar”ın yeni baş məşqçisinə işarə olduğu artıq heç kimdə şübhə doğurmur. Məsələ burasındadı ki, hamı “Neftçi” ilə anlaşdığı bildirilən italiyalı məşqçi Roberto Bordinin yolunu gözləyir. Böyük ehtimalla videoda üzü gizlədilən qonaq məhz komandaya yeni baş məşqçi təyin olunacağı gözlənilən italiyalı mütəxəssisdi.


Qeyd edək ki, Bordin bu gün klub rəhbərliyi ilə görüşəcək və son detalları müzakirə edəcək. Tərəflərin rəsmi müqaviləyə imza atmasından sonra yeni baş məşqçinin təqdimat mərasimi təşkil olunacaq.

 

 

“Neftçi”nin yeni baş məşqçisi Bakıya gəldi

Sport24.az 

XƏBƏR LENTİ