İtaliya klubunda yeni baş məşqçi

Sayta qoyulub: 07:52 08.06.2018 (207 dəfə oxunub)

İtaliyanın “Udineze” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bundan sonra sözügedən komandanı Xulio Velaskes çalışdıracaq. 


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin müqavilənin müddəti və digər detallar açıqlanmır.


O, bu postda İqor Tudoru əvəz edib. “Udineze” geridə qalan mövsümdə əməkdaşlıq etdiyi məşqçilər korpusuna təşəkkür edib, onlara yeni işlərində uğurlar arzulayıb. 


Qeyd edək ki, Velaskesin son iş yeri İspaniyanın “Alkorkon” klubu olub. 36 yaşlı ispaniyalı məşqçi daha öncə Portuqaliyada da “Belenenseş” komandasının baş məşqçisi olub.


“Udineze” İtaliya A Seriyasının geridə qalan mövsümünü 40 xalla 14-cü pillədə başa vurub.

 

 

İtaliya klubunda yeni baş məşqçi

Sport24.az

XƏBƏR LENTİ