D.Rikkardo startda yer itirəcək

Sayta qoyulub: 21:00 07.06.2018 (203 dəfə oxunub)

Red Bull komandasının texniki direktoru Ədrian Nyui bildirib ki, Daniel Rikkardo növbəti Kanada yarışının startında 10 yer itirəcək.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Çində ikinci güc qurğusuna keçmişdi. Rikkardo sonuncu Monako yarışında qalib gəlsə də, MGU-K problemi yaşamışdı. Bu isə o deməkdir ki, 28 yaşlı sürücü üçüncü MGU-K generatorunu götürdüyü halda Kanada yarışının startında 10 yer itirəcək.

Ədrian Nyui: “Kanadada bəzi cəzalar alacağı dəqiqdir. Hazırda necə olacaq bilmirik. Monakoda batareyanın xarab olub-olmadığını öyrənmək vacib olacaq. Renault-nun cavabını gözləyirik”.

Qeyd edək ki, Renault-nun Kanadaya yenilənmiş güc qurğusu ilə gəlməsi gözlənilir. Rikkardonun yeni mühərriyə keçib-keçməyəcəyi isə bilinmir.

XƏBƏR LENTİ