"Real"ı Quti çalışdıracaq"

Sayta qoyulub: 20:57 07.06.2018 (301 dəfə oxunub)

“Real"ı sabiq futbolçusu Quti çalışdıra bilər.


Bu iddianı İspaniya III Liqasında çıxış edən "Real Mursiya"nın prezidenti Viktor Qalves irəli sürüb.


O, İspaniya mətbuatına açıqlamasında Qutini komandaya baş məşqçi kimi gətirmək istədiklərini, ancaq onun "Real"ı çalışdıracağını deyib:  "Quti "Real Mursiya"nı çalışdırmayacaq. O, Madrid "Real"ının baş məşqçisi olacaq. Əgər Zinəddin Zidan iki gün gec istefa versəydi, biz Quti ilə razılığa gələcəkdik".


Qeyd edək ki, "Real"ın yetirməsi olan 45 yaşlı ispaniyalı veteran futbolçu hazırda Madrid klubunun U-19 komandasını çalışdırır.

 

 

"Real"ı Quti çalışdıracaq"

 

 

 

qol.az

XƏBƏR LENTİ