FİFA reytinqi: Millimiz 21 pillə irəlilədi

Sayta qoyulub: 12:44 07.06.2018 (304 dəfə oxunub)

 

 

FİFA reytinqi: Millimiz 21 pillə irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə Azərbaycan milli komandasının 21 pillə irəliləyib. Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib, Qazaxıstana eynihesabla uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda 321 xalla 105-ci yerdədir.

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 376 xalla 90-cı (+3), Kosovo 197 xalla 141-cı (+11), Malta isə 65 xalla 184-cü (+1) yerdədir.

 

Qeyd edək ki, siyahıya 1558 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1431), Belçika üçüncüdür (1298).

 

 

XƏBƏR LENTİ