"Qarabağ"ın istədiyi oyunçunun agenti: "Hələ tələsmirik"

Sayta qoyulub: 08:22 07.06.2018 (302 dəfə oxunub)

"Qarabağ"ın transfer hədəfində olan Xama Billiatın agenti Mike Ngobe müştərisinin gələcəyindən danışıb. Ngobe qərar verməyə tələsmədiklərini bildirib:

"Hələ iyun ayının əvvəlidir. Transfer pəncərəsi isə iyulda açılacaq. Xamaya görə hər gün mənə müraciət edirər.  O, iyunun sonunda azad agent olacaq. Əgər 10-dan çox təklifimiz varsa, niyə tələsməliyik? Düzgün qərar vermək üçün tələsməməliyik. Biz pulu yox, Xamanın gələcəyini düşünürük. Növbəti addımımız bütün aspektləri əhatə etməlidir. Xama ilə yerli və xarici klublar maraqlanır. Biz bütün variantları gözdən keçirəcəyik və müzakirə edəcəyik. Mən bütün variantlar barədə məlumat verəcəyəm. Son qərarı isə o, özü verəcək".

Qeyd edək ki, 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinən 27 yaşlı oyunçu Zimbabve millisinin üzvüdür. O, hazırda azad agent statusu daşıyır.

XƏBƏR LENTİ