Almaniya ilk oyuna Özilsiz çıxacaq

Sayta qoyulub: 07:23 07.06.2018 (203 dəfə oxunub)

Almaniya millisi ciddi itki ilə üzləşib.


Komandanın aparıcı üzvlərindən olan Məsut Özil zədələnib.


Belində və dizində ağrılar olan futbolçu son 4 gündə məşqə çıxmır. 29 yaşlı yarımmüdafiəçinin dünya çempionatını buraxmaq ehtimalı da var idi. Lakin həkimlərin müayinəsindən sonra zədənin elə də ciddi olmadığı aşkar edilib. Komandanın ulduzu ilk oyunu buraxacaq. Qeyd edək ki, Almaniya millisinin ilk oyunu Meksikaya qarşı olacaq. 


Qeyd edək ki, “Arsenal”ın türk əsilli futbolçusu Avstraliya ilə yoxlama oyununda zədələnib.

XƏBƏR LENTİ