Voleybolçularımız "Dördlər finalı"na vəsiqə qazana bilmədi

Sayta qoyulub: 06:58 07.06.2018 (221 dəfə oxunub)

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Qızıl Avropa Liqasının “Dördlər finalı”na vəsiqə qazana bilməyib. Bu, hazırda davam edən Macarıstan – Finlandiya görüşünün nəticəsinə əsasən müəyyən olub. Məsələ burasındadı ki, hazırda 2:1 hesabı ilə öndə olan finlandlar meydanı məğlub tərk etsələr belə, B qrupunu lider kimi başa vuracaqlar. Belədə Finlandiya qrup lideri, ikinci yeri tutan Macarıstan isə ev sahibi qismində mübarizəni davam etdirəcək. Azərbaycan millisi isə ən yaxşı qrup ikincisi olmasına baxmayaraq, “Dördlər finalı”na adlaya bilməyib. Finlandiya və Macarıstanla yanaşı, Bolqarıstanla Çexiya da “Dördlər finalı”na vəsiqə qazanıblar. “Dördlər finalı”nın matçları iyunun 14-də Budapeştdə keçiriləcək. Qaliblər ertəsi gün həlledici matça, məğlub komandalar isə 3-cü yer uğrunda görüşə çıxacaqlar.

XƏBƏR LENTİ