Millimiz Ukraynanı məğlub etdi

Sayta qoyulub: 20:15 06.06.2018 (235 dəfə oxunub)

Qızıl Avropa Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununa çıxıb. Komandamız qrup mərhələsinin son oyununda Ukrayna ilə üz-üzə gəlib.

Görüş gözlənildiyi kimi gərgin keçib. Səfərdə baş tutan qarşılaşmada meydan sahibləri ciddi müqavimət göstərsələr də, komandamız quru hesablı qələbə qazana bilib. Rəqibə set verməyən yığmamız qrupumuzdakı sonuncu - Portuqaliya və Bolqarıstan arasındakı matçın, həmçinin Macarıstan-Finlandiya görüşünün nəticəsini gözləməlidir.

Qızıl Avropa Liqası

A qrupu

VI tur

Ukrayna - Azərbaycan 0:3 (28:30, 21:25, 25:23)

XƏBƏR LENTİ