Ferrari balansı pozmaq istəyir

Sayta qoyulub: 15:23 06.06.2018 (159 dəfə oxunub)

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Kanadada çempionatdakı bütün balansları pozmaq istəyirlər.

F-1.az xatırladır ki, mövsümün ilk 6 yarışında Ferrari, Mercedes və Red Bull hərəyə iki qələbə qazanıblar.

Mauritsio Arrivabene: “İndi bu balansı pozmaq istəyirik. Ferrari bu çempionatdakı bütün balansları alt-üst etməyə fokuslanıb. Əlimizdən gələni edəcəyik. Maranelloda və trasdakı işçilər əllərindən gələnin ən yaxşısını edirlər”.

XƏBƏR LENTİ