"Qalatasaray" Türkiyə çempionu oldu

Sayta qoyulub: 21:05 19.05.2018 (216 dəfə oxunub)

 

"Qalatasaray" Türkiyə çempionu oldu

Türkiyə Superliqasında 2017-2018 mövsümünün qalibi müəyyənləşib. Sonuncu – 34-cü turda səfərdə Bafetimbi Qomisin penaltidən vurduğu qolla “Göztəpə”ni 1:0 hesabı ilə məğlub edən “Qalatasaray” xallarının sayını 75-ə çatdıraraq, 21-ci çempionluğunu rəsmiləşdirib.

 

Doğma meydanda “Konyaspor”a qalib gələn (3:2) və “Qalatasaray”dan 3 xal geri qalan “Fənərbaxça” gümüş medallara sahib çıxıb. “Başakşəhər” isə 72 xalla mövsümü 3-cü pillədə bitirib.

Qeyd edək ki, “Qalatasaray” və “Fənərbaxça” Türkiyəni Çempionlar Liqasında təmsil edəcək. “Başakşəhər”, “Beşiktaş” və kubokun qalibi “Akhisarspor” isə Avroliqada mübarizə aparacaq.

 

XƏBƏR LENTİ