Balotelli milliyə dəvət aldı

Sayta qoyulub: 20:16 19.05.2018 (239 dəfə oxunub)

İtaliya millisinin baş məşqçisi Roberto Mançini BƏƏ, Fransa və Hollandiya ilə yoldaşlıq oyunları üçün heyəti elan edib.

 

Siyahıda Nitsanın forvardı Mario Balotelli də yer alıb.

 

Sonuncu dəfə hücumçu 2014-cü il dünya çempionatında millinin şərəfini qorumuşdu. Həmin mundialda o, 3 oyunda 1 qol vurmuşdu.

 

Bu mövsüm Balotelli 36 oyunda 26 qol vurub.

XƏBƏR LENTİ