"Qalatasaray" çempionluğu rəsmiləşdirdi

Sayta qoyulub: 20:09 19.05.2018 (176 dəfə oxunub)

Türkiyə Superliqasında 2017-2018 mövsümünün qalibi müəyyənləşib.


Sonuncu – 34-cü turda səfərdə Bafetimbi Qomisin penaltidən vurduğu qolla “Göztəpə”ni 1:0 hesabı ilə məğlub edən “Qalatasaray” xallarının sayını 75-ə çatdıraraq, 21-ci çempionluğunu rəsmiləşdirib.


Doğma meydanda “Konyaspor”a qalib gələn (3:2) və “Qalatasaray”dan 3 xal geri qalan “Fənərbaxça” gümüş medallara sahib çıxıb. “Başakşəhər” isə 72 xalla mövsümü 3-cü pillədə bitirib.


Qeyd edək ki, “Qalatasaray” və “Fənərbaxça” Türkiyəni Çempionlar Liqasında təmsil edəcək. “Başakşəhər”, “Beşiktaş” və kubokun qalibi “Akhisarspor” isə Avroliqada mübarizə aparacaq.

 

 

"Qalatasaray" çempionluğu rəsmiləşdirdi

 

 

 

qol.az

XƏBƏR LENTİ