"Zirə" "Sumqayıt"la oyuna ciddi itkilərlə çıxacaq

Sayta qoyulub: 15:49 19.05.2018 (192 dəfə oxunub)

Topaz Premyer Liqada mövsümün sonuncu – 28-ci turunda “Sumqayıt”ın qonağı olacaq “Zirə” oyuna itkilərlə çıxacaq. Klubun mətbuat xidmətindən verilən məlumata görə, müdafiəçilər Aleksandr Şemonayev və Yovan Krneta zədəli, yarımmüdafiəçi Milan Duriç və müdafiəçi Jozef Bum isə cəzalı durumda olduğundan bu vacib qarşılaşmanı buraxacaq. Qeyd edək ki, “Sumqayıt” – “Zirə” oyunu mayın 20-də keçiriləcək.

XƏBƏR LENTİ