"Parma" İtaliya A Seriyasına qayıtdı

Sayta qoyulub: 10:07 19.05.2018 (273 dəfə oxunub)

İtaliya A Seriyasına "Empoli"nin ardından yüksələn ikinci komanda müəyyənləşib. B Seriyasının sonuncu - 42-ci turunda "Parma" səfərdə "Spetsiya"nı 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 72 edib və elitaya yüksəlib. "Parma" 2015-ci ildə iflas olduğu üçün D Seriyasına göndərilmişdi. Ardıcıl 3 il liqalardan yüksələn komanda növbəti mövsüm A Seriyasında çıxış edəcək.

XƏBƏR LENTİ