Şehiç milliyə çağırıldı

Sayta qoyulub: 11:20 18.05.2018 (205 dəfə oxunub)

"Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb. Komandanın baş məşqçisi Robert Prosineçki Monteneqro və Cənubi Koreya ilə görüşlərə 26 futbolçu dəvət edib. Yığmaya çağırılanlar arasında "Qarabağ"ın qolkiperi İbrahim Şehiç də var.

Qeyd edək ki, Bosniya və Herseqovina millisi mayın 28-də Monteneqro, iyunun 1-də isə Cənubi Koreya ilə qarşılaşacaq.

XƏBƏR LENTİ