Buffon yaxın vaxtlarda PSJ ilə müqavilə bağlaya bilər

Sayta qoyulub: 07:37 18.05.2018 (224 dəfə oxunub)

İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon karyerasını PSJ-də davam etdirə bilər.

 40 yaşlı italiyalı ilə Paris klubu arasında danışıqlar irəliləyən mərhələdədir.

Buffon Turin komandasını cari mövsümün sonunda – "Verona" ilə keçiriləcək matçdan sonra tərk edəcək. Qolkiper digər komandalardan bir neçə maraqlı təklif alıb.

Canluici "Yuventus"a 2001-ci ildə "Parma"dan keçib. O, 17 il ərzində Turin komandasında 9 dəfə A Seriyasının qalibi və 4 dəfə milli Kubokun sahibi olub.

 

Buffon yaxın vaxtlarda PSJ ilə müqavilə bağlaya bilər

 

“Report” 

XƏBƏR LENTİ