FİFA reytinqində millimizin mövqeyi dəyişmədi

Sayta qoyulub: 12:45 17.05.2018 (281 dəfə oxunub)

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyi dəyişməyib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 245 xalla 126-cı yerdədir. Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 364 xalla 93-cü (+1), Kosovo 164 xalla 152-cı (0), Malta isə 62 xalla 185-ci (0) yerdədir.

 

Qeyd edək ki, siyahıya 1544 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1384), Belçika üçüncüdür (1346).

XƏBƏR LENTİ