AFFA İntizam Komitəsi "Səbail"in baş məşqçisini 5 oyunluq cəzalandırıb

Sayta qoyulub: 10:42 16.05.2018 (192 dəfə oxunub)

<time class="category-news-block-time tab-block-time" datetime="2018-05-16 12:23:24" itemprop="dateCreated" style="display: block; text-transform: capitalize; color: rgb(88, 129, 160); margin-top: 5px; font-size: 0.8em; border: none; font-family: 'Skolar Regular', Palatino, Cambria, 'Droid Serif', Georgia, 'Times New Roman', Times, serif; line-height: 23.52px;">
</time>

AFFA İntizam Komitəsi "Səbail"in baş məşqçisini 5 oyunluq cəzalandırıb

AFFA İntizam Komitəsinin iclası keçirib. İclasda Azərbaycan Premyer Liqasından "Səbail"in baş məşqçisi Samir Əliyevlə 2 futbolçuya cəza verilib. 

Əliyev XXVII turun “Neftçi” ilə səfər matçının 43-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. İntizam Komitəsi onu 5 oyunluq cəzaya, klubunu 4000 manat cəriməyə məruz qoyub. 

"Zirə"nin futbolçusu Milan Düriç isə “Kəpəz”lə ev oyununun 9-cu dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Serbiyalı yarımmüdafiəçi 4 oyunluq cəzalanıb, klubu 3200 manat cərimə olunub. 

Oyunun 80-cı dəqiqəsində isə “Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə Abdullazadə 1 oyunluq cəza, klub 200 manat cərimə ilə üzləşib. 

XƏBƏR LENTİ