Araz Abdullayev “Anortosis”dən ayrıldı

Sayta qoyulub: 10:12 15.05.2018 (281 dəfə oxunub)

Araz Abdullayev “Anortosis”dən ayrıldı

Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev “Anortosis”lə yollarını ayırıb. Bu barədə məlumatı Kipr mətbuatı yayıb. Mövsümü 3-cü pillədə başa vuran Famaqusta təmsilçisi heyətinə əl gəzdirməyə başlayıb. Klub rəhbərliyi müqavilə müddəti başa çatan 4 futbolçu ilə yeni sözləşmə bağlamamaq qərarına gəlib ki, onlardan biri də məhz Abdullayevdi.

Belə ki, “Anortosis” “Qəbələ”dən icarəyə götürdüyü 26 yaşlı yarımmüdafiəçini transfer etmək istəməyib.

Arazla yanaşı, PAOK-dan icarəyə götürülən gənc hücumçu Nikolas Matteu da müqavilə ilə məxsus olduğu komandaya qayıdıb. Bundan başqa, bolqarıstanlı yarımmüdafiəçi Vladimir Qadzev və ispaniyalı hücumçu Migel Palanqa da “Anortosis”lə vidalaşıb.

Qeyd edək ki, Araz Abdullayev geridə qalan mövsüm “Anortosis”in heyətində 29 oyun keçirib, 3 qola imza atıb.

XƏBƏR LENTİ